Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında 17 yaşlı Səid Səbuhi oğlu Məmmədəliyev Kür çayında batıb.
Modern.az-ın məlumatına görə, Kürdə batan yeniyetmənin fotosu yayılıb.
Yeniyetmənin babası İbrahimxəlil Cəfərov bildirib ki, Səid evdən çıxarkən çayxanaya gedəcəyini bildirib.
"Bizə dedi ki, 10-15 dəqiqə çay içib gələcəyəm. Az sonra atası zəng etdi ki, nəvən Kürdə boğulub", - o, "Baku TV" yə açıqlamasında deyib.
Yaxınlarının sözlərinə görə, Səid Kürə nadir hallarda gedərmiş.
