Modern.az

Yanacaq daşıyan qoşqulu maşın aşdı, xəsarət alan var - FOTO

Yanacaq daşıyan qoşqulu maşın aşdı, xəsarət alan var - FOTO

Hadisə

25 İyul 2024, 18:00

İmişlidə yanacaq daşıyan qoşqulu avtomobil aşıb.

 

Modern.az-ın məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunda, Bəhrəmtəpə qəsəbəsi ərazisində baş verib.

 

Ələkbər Ələkbərovun idarə etdiyi “Mercedes” markalı yanacaq daşıyan yük avtomobili idaretməni itirərək yoldan çıxıb və aşıb.

 

Qəza zamanı xəsarət alan sürücü və sərnişin Nilufər Əliyeva İmişli Rayon Xəstəxanasına yerləşdirilib.

 

Hadisə yerinə FHN-in İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri