Modern.az

FHN gəmidə baş verən yanğınla bağlı məlumat yaydı

FHN gəmidə baş verən yanğınla bağlı məlumat yaydı

31 İyul 2024, 09:30

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

 

FHN Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, Nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb.

 

Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI