Messi Pelenin rekordunu keçdi

Messi Pelenin rekordunu keçdi

İdman

10 Dekabr 2022, 09:18

Argentina millisinin kapitanı Lionel Messi əfsanəvi braziliyalı futbolçu Pelenin dünya çempionatlarının pley-off mərhələlərində ən çox qol ötürməsi vermə rekordunu yeniləyib.

Modern.az xəbər verir ki, Messi DÇ-2022-nin 1/4 final mərhələsində Niderlandla oyunda bu göstəriciyə çatıb.

35-ci dəqiqədə Nahuel Molinaya qol ötürməsi verən Messi pley-offlarda 5-ci assist müəllifi olub. Buna qədər isə Pele 4 qol ötürməsi ilə rekordçu idi.

35 yaşlı hücumçu hazırda dünya çempionatlarında ən çox məhsuldar ötürmə sahibi olan həmyerlisi Dieqo Maradonadan geri qalır. Maradona mundiallarda 8 qol ötürməsi edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran azərbaycanlıları sanki diri-diri basdırmaq istəyir