Modern.az

ABŞ klubundan Messiyə 200 milyon dollarlıq TƏKLİF

ABŞ klubundan Messiyə 200 milyon dollarlıq TƏKLİF

2 İyun 2023, 09:47

Amerikanın "İnter Mayami" futbol klubu "Paris Sen-Jermen"in (PSJ) oyunçusu Lionel Messiyə rəsmi olaraq uzunmüddətli müqavilə təklif edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Diario Sport" portalı məlumat yayıb.

 

Məlumata görə, təklif edilən müqavilənin məbləği 200 milyon dollar olacaq. Qeyd olunub ki, Messiyə dörd mövsümlük müqavilə təklif edilib. Hər mövsüm üçün 50 milyon dollar nəzərdə tutulub.

 

Təklif edilən müqaviləyə əsasən, argentinalı futbolçu 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının reklam kampaniyasında da iştirak edə biləcək.

 

Xatırladaq ki, Messi 2021-ci ilin yayında "Barselona"dan PSJ-yə keçib. 35 yaşlı oyunçunun müqaviləsi mövsümün sonunda başa çatır. Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu da onunla maraqlanıb və Messiyə 1,2 milyard avroluq müqavilə təklif edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı