Modern.az

Musa Qurbanlı əməliyyat olunacaq

Musa Qurbanlı əməliyyat olunacaq

İdman

24 İyul 2024, 17:52

“Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı əməliyyat olunacaq.

 

Modern.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev deyib.

 

Klub rəsmisi futbolçunun zədəsi haqqında danışıb:

 

"Musa Qurbanlı Cəbəllütariqə getməmişdən öncə Avstriyada keçirilən son yoxlama oyununda menisk nahiyəsindən zədələnmişdi. O, yəqin ki, qarşıdakı bir-iki gün ərzində əməliyyat oluncaq. Komandaya isə 4-6 həftəyə dönəcək".

 

Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"a bu yay İsveçin "Yurqorden" klubundan transfer olunub. 22 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu