Modern.az

Parisdə ən çox medal qazanan ölkələr - Azərbaycan 15-cidir - SİYAHI

Parisdə ən çox medal qazanan ölkələr - Azərbaycan 15-cidir - SİYAHI

2 Avqust 2024, 09:18

Cüdoçumuz Zelim Kotsoyevin dünənki qələbəsindən sonra Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası medal sıralamasında 15-ci pilləyə yüksəlib.

Modern.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu Zelim Kotsoyev ötən gün finalda Gürcüstan idmançısına qalib gələrək qızıl medala sahib olub.

Bu, komandamızın ikinci qızl medalıdır. Daha əvvəl digər cüdoçumuz Hidayət Heydərov da (73 kq) olimpiya çempionu adını qazanıb.

Medal sıralamasına əvvəli kimi Çin başçılıq edir.  İkinci yerdə ABŞ, 3-cü yerdə Fransa gəlir.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.







Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu