Modern.az

Üç cüdoçumuz finala yüksəldi

Üç cüdoçumuz finala yüksəldi

İdman

5 Sentyabr 2024, 16:12

Azərbaycanın üç gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

 

Modern.az-ın məlumatına görə, bunlar Nizami İmranov (60 kq), Könül Əliyeva (52 kq) və Fidan Əlizadədir (57 kq).

 

Fidan Mirzəyeva (48 kq), Xədicə Qədəşova (52 kq) və Fidan Qasımova (57 kq) yarışı medalsız başa vurublar.

 

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu