Modern.az

Dünya qlobal böhranla üz-üzə - Manatı nə gözləyir?

Dünya qlobal böhranla üz-üzə - Manatı nə gözləyir?

İqtisadiyyat

10 Dekabr 2022, 12:38

Artıq 2022-ci ilin son günlərini yaşayarıq. Rusiya-Ukrayna müharibəsi fonunda bütün dünyanı bürüyən qlobal iqtisadi böhranın fəsadları narahatlıq doğurur. Əksəriyyət növbəti il üçün heç də müsbət proqnozlar vermir.

 

Azərbaycanda iqtisadi vəziyyət, banklardakı son durum, manatın məzənnəsilə bağlı hansı təhlükələr var?

 

Bu barədə Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, banklar gələn il təhlükə ilə üzləşməyəcək.

 

Onun sözlərinə görə, Azərbycandakı zəif və problemli bankların əksəriyyəti 2020-ci ilin aprel ayından bağlanıb:

 

 

“Onların lizensiyası ləğv edilib. Hazırda  ciddi təhlükə ilə üz-üzə qalan bank yoxdur. Son iki ildə bank sistemində gəlirlilik artıb.  Bankların dayanıqlıqları möhkəmdir. Ən azından bazarda böyük pay sahibi olan əsas bankların problem yaşaması müşahidə olunmur. Buna səbəb həm də problemli kreditlərin həcminin kifayət qədər aşağı düşməsi ilə əlaqədardır. Gələn il də bank sistemində  hansısa ciddi dalğalanmaların yaşanması ehtimalları çox aşağıdır”.

 

Milli valyutanın məzənnəsilə bağlı fikirlərini bölüşən ekspert obrazlı şəkildə manatın bir növ kağız neft olduğunu qeyd edib:

 

“Neftin ortalama qiymətlərinin yüksək olduğu bir dövrdə hansısa məzənnə dəyişikliklərinin olacağını demək düzgün deyil. Doğrudur, indi neftin qiyməti 78 dollara düşüb. Ancaq  ilin ortalamasını götürsək, bu rəqəm yüz dollar olacaq. Çünki biz ilin daha böyük hissəsində neftin qiymətinin 100 dollar və daha artıq olduğunu müşahidə etdik. Gələn il də neftin kəskin ucuzlaşacağını demək mümkün deyil. Geosiyasi vəziyyətin gərginliyi, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar neftin qiymətindəki kəskin ucuzlaşmanın qarşısını ala biləcək faktorlardır. Ona görə də, gələn ildə neftin qiyməti heç olmasa indiki kimi, 80 dollar olsa  Azərbaycan manatına heç bir təhlükə yoxdur. Çünki manatın məzənnəsi birbaşa neft qiymətlərindən asılıdr. Neft qiymətləri nə qədər yüksək olarsa , zərbaycan manatı da bir o qədər möhkəm olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar