Modern.az

Azərbaycanda ildə nə qədər spirtli içki İÇİLİR...

Azərbaycanda ildə nə qədər spirtli içki İÇİLİR...

29 Noyabr 2023, 12:18

2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə istehsal olunan spirtli içkinin həcmi açıqlanıb.

Rəsmi statistikadan görünür ki, ölkədə ən çox istehsal olunan spirtli içki araqdır. Sonrakı yerdə pivə gəlir.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatına görə, bu ilin 9 ayında
229,1 min dkl viski və konyak istehsal olunub.  

Üzüm şərabının istehsalı isə 988 min dkl təşkil edib.

Bu ilin 9 ayında ölkədə 1037,6 min dkl araq istehsal olunub.

Pivə istehsalı isə 4679 min dkl təşkil edib.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 254,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları alıb.    

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 55,9 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri