Modern.az

Azərbaycan və Gürcüstan birgə müəssisə yaradıb

Azərbaycan və Gürcüstan birgə müəssisə yaradıb

İqtisadiyyat

14 Avqust 2024, 23:54

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) və Gürcüstanın “Marabda-Kartsaxi Dəmir Yolu” operatorunun törəmə şirkətlərinin təsisçiliyə ilə “BTKI Railways” MMC adlı birgə müəssisə yaradılıb.

 

ADY-dan Modern.az-a verilən məlumata görə, yeni müəssisə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Marabda-Kartsaxi hissəsinin infrastrukturunun istismarı və idarə edilməsini təmin etməklə yanaşı, BTQ ilə yükdaşımaların səmərəli təşkili və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək.

 

Azərbaycan və Gürcüstanın bu müəssisə vasitəsilə birgə səyləri həm də strateji regional nəqliyyat bağlantılarını, xüsusilə Orta Dəhlizin potensialını gücləndirməyə yönəldiləcək.

 

BTQ dəmir yolu bu ilin may ayında başa çatan modernləşdirmədən sonra 5 milyon ton yükaşırma gücü ilə yükdaşımaların daha səmərəli və sürətli icrasını təmin edir.

Whatsapp
Bizə yazın!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ