Modern.az

Şuşada “Xarıbülbül” festivalının ikinci günü

Şuşada “Xarıbülbül” festivalının ikinci günü

Mədəniyyət

13 May 2022, 09:54

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir.

 

Modern.az-ın məlumatına görə, bu gün kiçik səhnə və Cıdır düzündə üç konsert proqramı təşkil olunacaq.

 

Saat 11:00-da kiçik səhnədə Etibar Əsədlinin qrupu (Azərbaycan-Fransa), eləcə də Bolqarıstanın “Trigaida” qrupu çıxış edəcəklər.

 

14:30-da Cıdır düzündəki böyük səhnədə Əməkdar artist, xanəndə Qoçaq Əsgərov və tarzən Arslan Növrəslinin etno-caz qrupu, “Cəngi” estrada folklor ansamblı tamaşaçılar qarşısına çıxacaqlar.

 

Saat 16:00-da yenidən kiçik səhnə musiqisevərləri toplayacaq. Burada “Colors of Pakistan” (Pakistan) və Özbəkistanın “Baxor” dövlət ansamblı çıxış edəcəklər.

 

Qeyd edək ki, V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı mayın 12-də baş tutub. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olun festivalın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, mədəniyyət, ictimaiyyət xadimləri, xarici qonaqlar iştirak ediblər.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər