Modern.az

Beyons rekorda imza atdı

Beyons rekorda imza atdı

Mədəniyyət

2 Avqust 2022, 13:16

Dünya şöhrətli müğənni Beyonsun yeni "Renaissance" albomu “Spotify” musiqi yayım platformasında dinləmə rekorduna imza atıb.

 

Modern.az xəbər verir ki, albom iyulun 29-da 43 milyon dəfə dinlənilib. Bu, 2022-ci ildə qadın sənətçiləri arasında albom uğuruna görə ən yaxşı göstərici hesab olunur.

 

Bundan əlavə, alboma daxil olan bütün mahnılar “Spotify” musiqi yayım platformasında ilk top 25-ə düşərək, onlardan yeddisi top 10-a daxil olub.

 

Rekorda imza atan Beyonsun albomu üç il ərzində hazırlanıb. "Renaissance" ifaçının altı illik fasilədən sonra hazırladığı sayca yeddinci studiya albomudur.

 

Qeyd edək ki, 40 yaşlı Beyons qadın müğənniləri arasında ən çox “Qremmi” musiqi mükafatı sahibidir. Onun hesabında 28 mükafat heykəlciyi var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər