Mədəniyyət sahəsinə xüsusi diqqət yetirilməlidir ki, ayrılan maliyyənin necə və hara xərcləndiyi məlum olsun.
Modern.az xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında deyib.
“Təəssüflər olsun ki, nəticə yoxdur. Mədəniyyət Nazirliyinə verilən maliyyənin nəticəsi tələb olunmadığına görə, gündə bir nazir müavinini çıxarıb, o birisini qoyurlar. Əgər vəsaitin necə xərclənməsi qeyd olunubsa, Mədəniyyət Nazirliyində necə oğurluq ola bilər?”, - deyə deputat vurğulayıb.