Modern.az

Gələn il \"GTA 6\" oyunu ÇIXACAQ

Gələn il \

17 May 2024, 14:12

"Rockstar Games" şirkəti "GTA 6"nın 2025-ci ilin payızında çıxacağını açıqlayıb.

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, dekabr ayında yayımlanan treyler GTA pərəstişkarlarının yeni oyunun buraxılışını nə qədər səbirsizliklə gözlədiyini göstərib.

 

Təkcə ilk 24 saat ərzində videoya 90 milyondan çox insan baxıb. Bu, musiqi videoları istisna olmaqla, "YouTube" üçün rekorddur. Oyunun son seriyası "Grand Theft Auto V" 10 ildən xeyli əvvəl buraxılıb. Bu müddət ərzində 185 milyondan çox nüsxə satılıb.

 

Məlumdur ki, "GTA 6"da baş rolda ilk dəfə qadın olacaq. 2002-ci ildə buraxılan "GTA: Vice City"də olduğu kimi yeni versiyada da yer Mayami olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri