Modern.az

Hikmət Hacıyev xarici nəşrə antiterror tədbirlərindən DANIŞDI

Hikmət Hacıyev xarici nəşrə antiterror tədbirlərindən DANIŞDI

19 Sentyabr 2023, 15:22

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyaya bağlı "politico.eu" saytına açıqlama verib.

 

Modern.az-ın məlumatına görə, H. Hacıyev Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərinə başlanmasından danışıb:

 

O, məqsədin qanunsuz hərbi infrastrukturu zərərsizləşdirmək olduğunu deyib və əlavə edib ki, yerli erməni əhalisinə terrorla mübarizə tədbirləri barədə xəbərdarlıq edən SMS-mesajlar göndərilib.

 

“Onlardan qanuni hərbi hədəflərdən uzaq durmaq xahiş olunub”, - Hikmət Hacıyev bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri