Modern.az

Umud Mirzəyev deputatlığa namizəd olacaq? - AÇIQLAMA

Umud Mirzəyev deputatlığa namizəd olacaq? - AÇIQLAMA

17 İyul 2024, 18:09

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Mirzəyev bir müddət əvvəl yerli mediaya açıqlamasında bildirmişdi ki, sentyabr ayının 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməklə bağlı dostlarından, çalışdığı sahədə fəaliyyət göstərən insanlardan çoxsaylı müraciətlər alır.

İyulun 8-də verdiyi açıqlamada bu müraciətləri dəyərləndirmək istədiyini, 1 həftə-10 gün ərzində qərarını qətiləşdirəcəyini qeyd etmişdi.

Modern.az seçkilərdə namizədliyini irəli sürüb-sürməyəcəyini öyrənmək üçün Umud Mirzəyevlə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında BAMF rəhbəri bunları deyib:

"Seçkilərdə iştirak etməyi düşünmürəm. Hələlik fikrim yoxdur. İrəliləyən vaxtlarda nəsə ola bilər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri