Modern.az

Azay Quliyev ermənilərə cavab verdi: "Ermənistan vaxtında cəzalansaydı..."

Azay Quliyev ermənilərə cavab verdi:

Parlament

24 Noyabr 2022, 19:40

ATƏT PA-nın Varşavada keçirilən payız sessiyasında Ermənistanın nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyanın ölkəmizə qarşı əsassız ittihamlarına Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev tutarlı cavab verib.

 

Modern.az-ın məlumatına görə, A.Quliyev ittihamların əsassız olduğunu bildirib:

 

“Mən Ermənistan nümayəndə heyətinin əsassız və məsuliyyətsiz ittihamlarına cavab vermək istərdim. Birinci, bu ilin 12-14 sentyabr tarixində Azərbaycan heç kimin ərazisini işğal etməyib, sadəcə Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün təsirli cavab tədbirləri görüb, bizə təhlükə yaradan atəş nöqtələrini zərərsizləşdirib.

 

Azərbaycan bu kimi hərbi toqquşmalarda maraqlı deyil və heç vaxt olmayıb. Çünki hərbi toqquşmanın baş verdiyi ərazilərə yaxın yerlərdə Azərbaycan çox böyük yenidənqurma və tikinti layihələri həyata keçirir, bu baxımdan bizim həmin layihələri risk altına atmağımız məntiqli deyil.

 

İkinci, 30 il ölkəmizin 1/5-ni işğal edən, etnik təmizləmə, insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş Ermənistanın Azərbaycanı aqressiyada ittiham etməsi siyasi riyakarlıqdan başqa bir şey deyil”.

 

A.Quliyev qeyd edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatı kobud şəkildə pozan Ermənistan Laçın yolundan sui-istifadə edir, sülhməramlılıların müşayiəti ilə Qarabağ iqtisadi zonasına qanunsuz silah daşıyır:

 

“Sizdən soruşuram, bu qədər cinayət törətmiş Ermənistanın başqasını nədəsə günahlandırmağa mənəvi haqqı varmı? Məncə, yox.

 

Ona görə də Ermənistana məsləhət görərdim ki, Azərbaycan haqqında yaydığı yalan və böhtanlara son qoysun, “qurbanlıq kartı” oynamağı dayandırsın. Bu, Ermənistana heç bir fayda gətirməyəcək.

 

Sonda onu demək istərdim ki, əgər ATƏT və digər beynəlxalq təşkilatlar vaxtında Ermənistanı cəzalandırsaydılar, bəkə də ATƏT ərazisində, xüsusilə, Ukraynada indiki faciələr yaşanmazdı”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü