Modern.az

Sahibə Qafarova və Simonyan bu tarixdə görüşə bilər

Sahibə Qafarova və Simonyan bu tarixdə görüşə bilər

Parlament

7 Fevral 2024, 09:31

Azərbaycan və Ermənistan parlamentinin spikerləri Sahibə Qafarova və Alen Simonyan martın 23-27-də İsveçrədə görüşə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” Ermənistan parlamenti sədrinin ofisinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, konkret təkliflər hələ daxil olmayıb, görüşün belə formatı müzakirə edilə bilər.

 

Bir müddət əvvəl Beynəlxalq Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Sahibə Qafarova ilə Alen Simonyanın danışıqlarına qurumun ev sahibliyi edəcəyinin planlaşdırıldığını bildirmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi