Modern.az

Azərbaycanda hansı universitetlərin diplomları tanınmır? - SİYAHI

Azərbaycanda hansı universitetlərin diplomları tanınmır? - SİYAHI

Təhsil

14 İyun 2024, 17:47

Azərbaycanda təhsil sahəsində əsas müzakirə edilən mövzulardan biri də xarici diplomların tanınıb-tanınmaması ilə bağlıdır. Qeyd edək ki, Azərbaycanda xarici ölkələrdə yerləşən ali təhsil ocaqlarının diplomlarının tanınıb-tanınmaması barədə qərarı Təhsildə Keyfiyyət Təminatı Agentliyi verir.

 

Bəs Azərbaycanda hansı universitetlərin diplomları tanınmır?

 

Modern.az mövzu ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əlaqə saxlayıb.

 

Qurumdan bildirilib ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir:


“Sözügedən Qaydaların 4-cü maddəsinin 4.1.1. yarımbəndi (müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması) tanınma üçün başlıca şərtlərdəndir”.

 

Qeyd olunub ki, qaydaların qeyd olunan müddəasındakı normativ tələbləri qarşılamayan və müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən aşağıdakı keçiddəki adları qeyd olunan ali təhsil müəssisələrinin verdiyi ali təhsil sənədlərinə TKTA tərəfindən imtina verilir:

 

Beynəlxalq Atlantik Universiteti
Beynəlxalq Xristian Universiteti
Middlesex Universiteti
Beynəlxalq Praqa Universiteti
EICAR – Paris Beynəlxalq Film və Televiziya Məktəbi
Vatel Otel və Turizm Biznes Məktəbi
Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Universiteti
Laqodexi Elm-Təhsil İnstitutu
Beynəlxalq Ekologiya və Tibb Akademiyası
Avqustin Voloşin adına Karpat Universiteti
Avropa Universiteti
“KROK” İqtisadiyyat və Hüquq Universiteti
Regionlararası Heyətin İdarəolunması Akademiyası
EADA Biznes Məktəbi
Barselona Qlobal Biznes Məktəbi
Avropa Universiteti Biznes Məktəbi
Marbella Beynəlxalq Universiteti
Harbour Space UniversitetiRoma Biznes Məktəbi
Maranqoni İnstitutu
Beynəlxalq Humanitar- Texniki Akademiya
Nijeqorod Menecment və Biznes İnstitutu
Şərqi Avropa Psixoanaliz İnstitutu
Sosial-Humanitar Təhsil və Xidmət İnstitutu
Dünya İqtisadiyyatı İnstitutu
Moskva Humanitar-İqtisad İnstitutu.

 

Rəşid Qarayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı