Modern.az

Xorvatiya Kanadanı darmadağın etdi - YENİLƏNİB

Xorvatiya Kanadanı darmadağın etdi - YENİLƏNİB

Aktual

27 Noyabr 2022, 21:56

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun başa çatıb.

 

Modern.az xəbər verir ki, günün üçüncü matçında F qrupunda Xorvatiya və Kanada milliləri üz-üzə gəliblər.

 

Avropa təmsilçisi rəqibini 4:1 hesabı ilə üstələyib. 

 

Xorvatiya - Kanada - 4:1

 

Qollar: Alfonso Deyvis, 2 (0:1), Andrey Kramariç, 36 (1:1), Marko Livaya, 44 (2:1), Andrey Kramariç, 70 (3:1), Lovro Mayer, 90+4 (4:1)

 

Baş hakim: Andres Matonte (Uruqvay)

 

"Xəlifə" stadionu

 

***

 

Dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda dördüncü qol vurulub. 

 

Modern.az, Avropa komandasının oyunçusu Andrey Kramariç hesab arasındakı fərqi artırıb - 3:1. 

 

***

20:40

Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub. 

 

Modern.az xəbər verir ki, Avropa təmsilçisinin ikinci qolunu 44-cü dəqiqədə Marko Livaya vurub. O, komandasını hesabda önə çıxarıb - 2:1. 

 

***

 

20:37

 

Dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub. 

 

Modern.az xəbər verir ki, Avropa təmsilçisi hesabı bərabərləşdirib - 1:1

 

Xorvatiya yığmasının heyətində Andrey Kramariç 36-cı dəqiqədə fərqlənib.

 

***

20:05

 

Dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

 

Görüşün ilk dəqiqəsində Alfonso Deyvis Kanadanı hesabda önə çıxarıb.

 

Komandalar matça aşağıdakı heyətlə çıxıblar:

 

Xorvatiya: Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yosko Qvardiol, Borna Sosa, Luka Modriç, Marselo Brozoviç, Mateo Kovaçiç, Marko Livaya, İvan Perişiç, Andrey Kramariç.

 

Kanada: Milan Boryan; Riçi Lareya, Alister Conston, Stiven Vitoriya, Kamal Miller, Alfonso Deyvis; Tedjon Byukenen, Atiba Hatçinson, Stiven Euştakiu, Kayl Larin; Conatan Devid.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir