Modern.az

Emin Ağalarov atasının şirkətindən AYRILDI

Emin Ağalarov atasının şirkətindən AYRILDI

30 May 2023, 10:30

Azərbaycanlı müğənni və biznesmen, Xalq artisti Emin Ağalarov atasına məxsus "Crocus Group" şirkətindən ayrılıb.

 

Modern.az xəbər verir ki, bu barədə o özü məlumat verib.

 

“Crocus Group”un birinci vitse-prezidenti vəzifəsindən ayrılan Emin Ağalarov bundan sonra diqqətini özünün layihələri üzərində cəmləşdirmək niyyətində olduğunu bildirib.

 

"Biz atamla ("Crocus Group"un sahibi Araz Ağalarov - red.) danışdıq və birgə qərar verdik ki, mənim vəzifələrim şirkətin aparıcı top-menecerləri arasında bölüşdürüləcək", - o qeyd edib.

 

Emin Ağalarov şirkətdən getməsini şəxsi layihələrinin olması ilə izah edib. "Hazırda mən öz layihələrimlə - "Sea Breeze" kurort şəhərinin, fitness klublar şəbəkəsinin, eləcə də restoranlar şəbəkəsinin inkişafı ilə məşğulam ", - deyə Xalq artisti əlavə edib.

 

Qeyd edək ki, Emin Ağalarov 2001-ci ildən "Crocus Group"da çalışıb, 2014-cü ildən şirkətin birinci vitse-prezidenti olub. Şirkət Moskva vilayətində "Crocus Expo" sərgi mərkəzinə, "Crocus City Hall" konsert zalına, "Vegas" ticarət və əyləncə mərkəzlərinə və "Tvoi Dom" hipermarketlərinə sahibdir.

Sizə yeni x var
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı