Modern.az

Səfir xarici jurnalistləri antiterror tədbirləri barədə məlumatlandırdı

Səfir xarici jurnalistləri antiterror tədbirləri barədə məlumatlandırdı

19 Sentyabr 2023, 21:48

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “Avropa-Amerika Press-klubu”nun nümayəndələrini Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsindəki qanunsuz erməni birləşmələrinə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı məlumatlandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

 

“Avropa-Amerika Press-klubu”nun üzvlərini Parisdə qəbul etməkdən məmnunluq duydum. Azərbaycan, onun xarici siyasəti və beynəlxalq arenadakı rolu haqqında danışdım, son regional hadisələr, o cümlədən Azərbaycanın son lokal xarakterli antiterror tədbirləri ilə bağlı jurnalistlərin suallarını cavablandırdım”, - səfir qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri