Modern.az

Lerikdəki uçqunla bağlı DİN-dən AÇIQLAMA

Lerikdəki uçqunla bağlı DİN-dən AÇIQLAMA

17 May 2024, 22:29

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Modern.az-a verilən məlumata görə, uçqun baş verən əraziyə gedən yolda Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb. Baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə həmin istiqamətdə nəqliyyatın hərəkəti nəzarətdə saxlanılır.

 

Qeyd edək ki, yol hələlik bağlıdır. Ərazidə texnikalar işləyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri