Modern.az

Azərbaycanla daha iki ölkə arasında viza tələbi LƏĞV EDİLDİ 

Azərbaycanla daha iki ölkə arasında viza tələbi LƏĞV EDİLDİ 

Aktual

25 İyun 2024, 11:48

Azərbaycanla daha iki ölkə arasında viza tələbi aradan qaldırılır.

 

Modern.az xəbərinə göə, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

 

Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi deputatların müzakirəsinə təqdim edilib.

 

Müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılaraq qəbul olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri