Modern.az

Gəncəyə dolu yağıb - Faktiki hava

Gəncəyə dolu yağıb - Faktiki hava

24 İyul 2024, 15:36

İyulun 24-ü saat 15:30-a olan məlumata görə, Daşkəsən, Gəncə, Göygöl, Şabran, Qrız, Xınalıq, Şahdağ, Qusar (Laza), Xaçmaz, Göyçay, Balakən, Şəkidə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, saat 15:03-15:05 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsinə diametri 3 mm olan dolu düşüb.

 

Əvvəlcədən verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 15 m/s, Goranboyda isə 19 m/s-yə çatıb.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 34, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti qeydə alınıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri