Modern.az

Bakı Sağlamlıq Mərkəzinin əməkdaşları maarifləndirildi - FOTO

Bakı Sağlamlıq Mərkəzinin əməkdaşları maarifləndirildi - FOTO

Aktual

24 İyul 2024, 16:14

Bakı Sağlamlıq Mərkəzində yanğından mühafizə ilə bağlı maarifləndirici tədbir keçirilib.

 

Bakı Sağlamlıq Mərkəzinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Nərimanov Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisinin rəhbərliyi və şəxsi heyəti tərəfindən keçirilən tədbirdə iştirakçılara yanğınsöndürənlərin günlük rejim qaydaları və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib.

 

Həmçinin, fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu