Modern.az

Fariz İsmayılzadə lənkəranlı seçicilərlə görüşdü

Fariz İsmayılzadə lənkəranlı seçicilərlə görüşdü

Aktual

11 Avqust 2024, 16:03

Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərin təbliğat - təşviqat kampaniyası çərçivəsində, 77 saylı Lənkəran şəhər seçki dairəsindən namizəd Fariz İsmayılzadə Lənkəran şəhər Mədəniyyət Mərkəzində və Şıxakəran kənd “Səccad” çay evində seçicilər ilə görüşlər keçirib.
 
 

Modern.az xəbər verir ki, görüşlər zamanı, Lənkəran şəhər seçki dairəsindən namizəd Fariz İsmayılzadə ilə tanışlıq baş tutmuş, namizədin vəkilləri – ziyalı alimlər Güloğlan Bağırov, Zaur İbrahimov və Ağacəfər Fətullayev ictimaiyyətə təqdim edilmiş, həmçinin namizədin görəcəyi işlər və tədbirlər planları haqqında məlumat verilmişdir. Ziyalılarla görüş zamanı, lənkəranlı seçicilərin problemləri və təklifləri dinlənilmiş, məsələlərin həlli istiqamətində müvafiq qeydlər aparılmışdır.


 
Milli Məclisə keçiriləcək seçkilərin təbliğat - təşviqat kampaniyası çərçivəsində, namizəd Fariz İsmayılzadənin avqust ayı ərzində lənkəranlı seçicilər ilə bir sıra görüşləri planlaşdırılır.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ