Modern.az

Xersonun əldən getməsi Putinə ciddi zərbə olacaq - ŞƏRH

Xersonun əldən getməsi Putinə ciddi zərbə olacaq - ŞƏRH

19 Oktyabr 2022, 12:12

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı işğalçı müharibənin gedişatından narazı qaldığı üçün müharibə aparan qüvvələrinə general Sergey Surovikin təyin edib. Məqsəd müharibədə Rusiyanın xeyrinə dönüş yaratmaqdır. Ancaq yeni komandan ilk müsahibəsində işğal altındakı Xerson bölgəsində vəziyyətin ağır olduğunu etiraf edib.

Modern.az xəbər verir ki, siyasi ekspert Elxan Şahinoğlunun fikrincə, bu etirafla general Surovikin Rusiya ictimaiyyətini ona hazırlayır ki, işğalçı qüvvələr Xersondan gerə çəkilə bilərlər.

“Halbuki, Putinin Xersonu Rusiyaya birləşdirmək qərarının mürəkkəbi qurumayıb. Xerson əldən gedərsə, bu, Putinə ciddi zərbə olacaq. Surovikin müsahibəsində Rusiyanın itkiləri barədə heç nə deməzkən, Ukraynanın guya hər gün 600 ilə 1000 arasında hərbçi itirdiyini bildirib. Surovikin sonrakı açıqlaması ikrah doğurur. “Biz ukraynalılarla eyni xalqıq” deyən rusiyalı general “qardaş ölkənin” NATO və Qərbdən uzaqlaşaraq Rusiyaya dost olmasını arzuladıqlarını vurğulayıb. Bir tərəfdən deyir ki, gündə 1000-ə yaxın ukraynalı öldürürlər, bunun içərisində mülki insanlar da var, o biri tərəfdən bildirir ki, “eyni xalqıq”. Dəhşət!”, -  E.Şahinoğlu bildirib

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir