Modern.az

GUAM niyə ölü təşkilata çevrilib? - Deputat səbəbi açıqladı

GUAM niyə ölü təşkilata çevrilib? - Deputat səbəbi açıqladı

Analitika

Bu gün, 11:18

Bu gün Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür. Bir sıra təşkilatların da sədrliyini həyata keçirir. Azərbaycanın qurucularından biri olduğu və 2024-cü ildən sədrliyini həyata keçirdiyi Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatdır (GUAM).

Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın üzvü olduğu təşkilatın fəaliyyəti ictimaiyyətdə maraq doğurur. Lakin təşkilatın fəaliyyəti bu gün elə də nəzərə çarpmır.

Modern.az-a açıqlamasında illi Məclisin GUAM Parlament Assambleyasının üzvü Əlibala Məhərrəmzadə bildirib ki,  GUAM təşkilat olaraq Azərbaycan üçün əhəmiyyətini qoruyur, lakin qurumun fəaliyyətində son dövrlərdə durğunluq müşahidə olunur.

Onun sözlərinə görə, GUAM-da yaranmış durğunluğun əsas səbəblərindən biri Gürcüstan və Ukrayna arasındakı münasibətlərin əvvəlki səviyyədə olmamasıdır:

“Gürcüstanla Ukrayna arasında münasibətlərin yaxın olmaması səbəbindən koordinasiya pozulub. Bu gün  müharibə ilə əlaqədar Ukraynanın GUAM-a dair perspektivli yanaşmaları da ikinci plana keçib. Bununla əlaqədar təşkilatda kifayət qədər durğunluq müşahidə olunur”.

Ə.Məhərrəmzadə hesab edir ki, Ukraynada müharibə başa çatdıqdan sonra GUAM çərçivəsində əməkdaşlığın yenidən canlanması mümkündür:

“Düşünürəm ki, müharibədən sonra yaxşı və perspektivli əməkdaşlıq baş verə bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə sərhədinə raketlər yığıldı - İsraildən şok addım