Modern.az

Bu ölkələrin əhalisi dinsizdir - STATİSTİKA

Bu ölkələrin əhalisi dinsizdir - STATİSTİKA

1 Mart 2023, 13:00

Pew Araşdırma Mərkəzi dünya əhalisinin dini mövqeyi ilə bağlı araşdırma aparıb. Araşdırmağa əsasən, 1,1 milyarddan çox insanın dinlə bağlılığı yoxdur.

 

Modern.az bildirir ki, bu siyahıya ateistlər, aqnostiklər və ümumiyyətlə, dini kimliyini bildirmək istəməyən şəxslər daxildir.

 

Dinsizlərin ən çox olduğu ölkələr hansılardır?

 

Araşdırmaya görə, 10 ölkə üzrə dinsizlərin sayı əhali nisbətində faizlə göstərilib.

 

1. Çexiya - 78,4%
2. Şimali Koreya - 71,3%
3. Estoniya - 60,2%
4. Yaponiya - 60%
5. Honq Konq (Çin) - 54,7%
6. Çin - 51,8%
7. Cənubi Koreya - 46,6%
8. Latviya - 45,3%
9. Niderland - 44,3%
10. Uruqvay - 41,5%

 


Ölkə üzrə dinsizlərin rəqəmlə göstəricisi aşağıdakı kimidir: 

 


1. Çin - 720.100.000
2. Yaponiya - 74.780.000
3. ABŞ - 62.310.000
4. Vyetnam - 28.760.000
5. Cənubi Koreya - 23.250.000
6. Rusiya - 21.190.000
7. Almaniya - 21.150.000
8. Fransa - 20.830.000
9. Böyük Britaniya - 20.070.000

10. Şimali Koreya - 18.070.000

 

Dinsizlərin sayına görə Çin dünyada liderdir. 

 

Bəs ictimai rəy nə deyir?

 

İctimai rəyə gəlincə, nəticələr bir qədər fərqli olur. 16 000-dən çox insanın şəxsi düşüncəsinin öyrənildiyi sorğuya görə, dünya ölkələri üzrə dinə ən az marağın olduğu ölkə Avstraliyadır. İkinci yerdə İsveç, üçüncü yerdə isə Almaniya qərarlaşıb.

 

Siyahıda Asiya, Afrika və Cənubi Amerika ölkələrinin tam olmaması sorğu iştirakçılarının coğrafi biliklərinə və ya yerləşmələrinə şübhə yarada bilər.

 

1. Avstraliya
2. İsveç
3. Almaniya
4. Niderland
5. Yeni Zelandiya
6. Lüksemburq
7. Danimarka
8. Kanada
9. Fransa
10. Avstriya

 

Pew Araşdırma Mərkəzinin 2020-ci il üzrə proqnozlarına görə, dünyada ən çox sitayiş olunan din xrisitianlıqdır. İkinci sırada İslam dini gəlir. 

 

Statistika təxminən aşağıdakı kimidir:


1. Xristianlıq - 2,38 milyard
2. İslam - 1,91 milyard
3. Dinə bağlı olmayan / dinsiz - 1,19 milyard
4. Hinduizm - 1,16 milyard
5. Buddizm - 507 milyon
6. Xalq Dinləri (ənənəvi Afrika, Amerika yerliləri, Çin xalqları və s.) - 430 milyon
7. Digər dinlər (taoizm, sikhizm, vikka və s.) - 61 milyon
8. Yəhudilik - 14,6 milyon

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI