Modern.az

Ermənistana hərbi texnikalar verilsə, Azərbaycan bu addımları atacaq!

Ermənistana hərbi texnikalar verilsə, Azərbaycan bu addımları atacaq!

Analitika

6 Aprel 2024, 15:21

Dünən Ermənistan Baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen arasında üçtərəfli görüş keçirilib. Paşinyan görüş zamanı yaxşı məsləhətləşmələr apardığını bildirib.

 

Leyen açıqlayıb ki, Avropa İttifaqı (Aİ) 4 il ərzində Ermənistana 270 milyon avro məbləğində qrant ayıracaq. Blinken isə Ermənistana 65 milyon dollar sərmayə qoyacaqlarını açıqlayıb. 

 

Prezident İlham Əliyevlə görüşlə bağlı bildirib ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır.

 

"Halbuki son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Prezident İlham Əliyev qeyd etdi ki, lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür", - dövlət başçısı qeyd edib.

 

Görüşün bütün detalları ictimaiyyətə açıqlanmayıb. Bəzi mənbələr üçtərəfli görüşdə hərbi məsələlərin də müzakirə edildiyini bildirib.

 

Bəs Ermənistana əlavə hərbi texnika veriləcəyi halda Azərbaycan hansı addımları atmalıdır?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Azərbaycan artıq görüşün nəticələri ilə bağlı öz narazılığını bəyan edib:

 

“Bu gün Brüsseldə keçiriləcək üçtərəfli görüş barədə Azərbaycan mövqeyini qəti şəkildə ortaya qoyub. Cənab Prezident İlham Əliyev ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə telefon danışığı zamanı görüşün nəticələrindən narahatlığını ortaya qoyub. Qardaş Türkiyənin Xarici İşlər Nazirliyi də Azərbaycansız keçəcək görüşün nəticələrinin region üçün müsbət olmayacağını dilə gətirib.Söhbət təkcə Ermənistandan gedirsə, bunun həll edilməsi üçün kifayət qədər mexanizm var. Nə üçün regionu maraqlandıran məsələdə hər iki ölkənin iştirakı təmin edilmir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində danışıqların getdiyi bir vaxtda Ermənistanın məsələlərinin xüsusi müzakirə edilməsi sual doğurur. Maraqlıdır ki, Avropa Birliyi Ermənsitana ölümcül olmayan silahlar göndərilməsi barədə qərara gəlmişdi.Ölümcül olmayan silah anlayışı nə məna verir?  Bu, Avropa səviyyəsində Ermənsitanı yenidən silahlandırmaq cəhdi deyilmi? Tarix sübut edir ki, Ermənsitan silahlandıqca qonşu dövlətlərə ilk növbədə Azərbaycana qarşı aqressiyasını genişləndirməyə çalışır”.

Deputat vurğulayıb ki, Azərbaycan bütün bu məsələlərə hansı formada cavab verəcəyinə özü qərar verəcək:

 

“Azərbaycan öz gücünə ərazilərini işğaldan azad edib və sülh sazişinin imzalanmasında maraqlıdır. Regionda sülhü pozan, təhlükəsizliyə təhdid yaradan tərəf Ermənistandır. Bu gün Ermənsitana xüsusi diqqət yetirmək buradakı revanşistlərin qonşu dövlətlərə qarşı aqressiv əhval-ruhiyyəsini daha da genişləndirməsi deməkdir. Azərbaycan, əlbəttə, görüşün nəticələrini diqqətlə analiz edəcək. Orada ölkəmizin milli maraqlarına, suverenliyinə, regionda stabilliyin pozulmasına dair hansısa qərarlar olacaqsa, Azərbaycan cavab vermək hüququnu özündə saxlayır. Bunun nə formada olacağına Azərbaycan özü qərar verəcək. Ölkəmizin kifayət qədər imkanları var ki, öz suverenliyini, milli maraqlarını qoruya bilsin.Yaxın tarix bunu sübut edir”.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin digər bir üzvü Elman Məmmədov Avropa Komissiyasının rəhbərinin və ABŞ dövlət katibinin Azərbaycana yalan söylədiyini qeyd edib:

 

“Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken cənab Prezidentə zəng edib, görüşdə heç bir hərbi, Azərnbaycan-Ermənsitan məsələlərindən söhbət getməyəcəyini, sadəcə olaraq, Ermənsitana köməklik məqsədilə görüşün keçirildiyini bildiriblər. Ancaq bunlar riyakarlıq edirlər, səmimi deyillər. Bu görüşündə, bundan əvvəlki görüşlərin də məqsədi Cənubi Qafqazdan Rusiyanın sıxışdırılıb çıxarılması, ABŞ, Fransa və digər dövlətlərin hərbi qüvvələrini Ermənistanda yerləşdirməkdir. Bu da birbaşa sülh sazişinin imzalanmasına ciddi maneədir və gərginliyə səbəb olacaq nüansdır. Digər yandan bu, Cənubi Qafqazda ikinci Ukrayna cəbhəsinin açılmasına gətirib çıxaracaq”.

E.Məmmədov deyib ki, ABŞ və Fransanın məqsədinin Ermənistanın Azərbaycanla müharibəsinə nail olmaqdır:

 

“Azərbaycan dövlət kimi ərazi bütövlüyünü, suverenliyini qoruyub-saxlamaq üçün  bütün tədbirləri görür. Bu istiqamətdə addımların atılmasına davam ediləcək. Çünki bunların görüşləri, müxtəlif bəyanataları, Azərbaycana qarşı qeyri-səmimi münasibətlərinnin bir məqsədi var: Ermənistanın silahlandırılması, onun ordusunun  gücləndirilməsi.  Bu istiqamətdə artıq xeyli vaxtdır ki, işlər gedir. Fransa və ABŞ-nin mülkiləri və təlimatçıları Ermənistanda iştirak edirlər. Ermənistan ordusuna təlimlər verilir. Hətta erməni hərbçilərini NATO-nun müxtəlif təlim düşərgələrinə aparıldığı ilə bağlı da məlumatlar da var. Bunun da bir məqsədi var. Ermənistan ordusunu Azərbaycana qarşı yeni müharibəyə hazırlayaraq,guya onun yenidən uğur qazanmasına nail olacaqlar. Ancaq özünü çoxbilmiş hesab edən, əslində isə dünyanın ən axmaq  milləti olan ermənilər Ukraynanı gözlərinin qabağına gətirməlidirlər. Ukrayna ərazisi darmadağın olub, xaraba qalıb və ukraynalılar orada məhv olur. Ermənistan da ABŞ-nin, Makron kimi erməni dığalarının şirin vədlərinə inanıb Azərbaycana qarşı yeni müharibəyə başlasa, Ermənistan adlı dövlətin varlığı sual altında olacaq. Çünki müharibə Ermənsitan ərazisində olacaq. Qırılan, məhv olan da həmin o şirin vədlərə inanan ermənilər olacaq. Azərbaycan tərəfi dəfələrlə çoxsaylı xəbərdarlıq edib. Onları fikirlərindən çəkinməyə çağırışlar edib. Ancaq görünür ki, bunlar nə 44 günlük müharibənin, nə də birgünlük antiterror tədbirlərinin nəticələrindən bir dərs çıxarıb. Belə görünür ki, onların başını birdəfəlik tam əzmək lazımdır. Beləliklə də, ümumiyyətlə Cənubi Qafqazda belə bir onun-bunun  əlində alət, vasitə olan dövlət olmasın. Cənubi Qafqazda sülh və əmin-amanlıq olsun”.

 

Hərbi ekspert Ədalət Verdiyev söyləyib ki, ABŞ və Avropa İttifaqının birmənalı olaraq işğalçı Ermənistana hərbi dəstək verməsi regionda vəziyyəti kifayət qədər gərginləşdirəcək:

 

“Məhz bu, Ermənsitanı növbəti təxribatlara əl atmağa cəsarətləndirəcək. Təxribatların mümkün istiqamətləri Naxçıvan və Qazax olacaq. Ən azından son günlər payllaşılan videomateriallar bunu deməyə əsas verir”.

Ədalət Verdiyev vurğulayıb ki, Azərbaycan isə bu təxribatların qarşısını almaq üçün bütün güc və imkanlarını səfərbər edib:

 

“Müdafiə Nazirliyi tərəfindən təxribatların qarşısını almaq üçün qoşunlara müvafiq tapşırıqlar verilib. Düşmən növbəti dəfə zərbə almaqda israr edərsə,qəhrəman əsgərimiz fərarilər ordusunu bu arzusuna çatdıracaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!