Arxiv
2 Dekabr 2010, 10:30 | REPORTAJ
Onlar necə uzun ömür yaşayıblar? (reportaj+fotosessiya)

Lerikdəki Uzunömürlülər muzeyində gördüklərim…


Talış dağlarının zirvəsində yerləşən Lerik rayonunu Azərbaycanın ən səfalı guşələrindən biri adlandırsaq, səhv etmərik. Təbiət Lerik üçün əsrarəngiz gözəllikləri əsirgəməyib. Bənzərsizliyi, nadir ağacları, saf suyu, zümrüd meşələri, tarixi abidələri ilə tanınan Lerik həm də uzunömürlülər diyarı kimi məşhurdur.
Bu baxımdan dünyada yeganə Uzunömürlülər muzeyinin Lerik rayonunda yerləşməsi təsadüfi deyil. Bu günlərdə Lerikdə olan əməkdaşımız həmin muzeyə baş çəkib.

Uzunömürlülər muzeyi 1991-ci ildən fəaliyyət göstərir. Bu il iyunun 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə muzeyin yeni binasının açılışı olub.

Dağlar qoynunda yerləşən Lerikdə vaxtilə 500 nəfərdən çox uzunömürlü insan yaşayıb. Hazırda rayonun yaşı 100-ü keçmiş 20-dən çox sakini var.
Dünyada yeganə olan bu muzeyin binası müasir memarlıq elementlərindən istifadə edilməklə inşa olunub. İki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer alıb.

Uzunömürlülər muzeyinin direktoru Dilarə Fətullayeva Modern.az saytına müsahibəsində bildirib ki, buradakı 40-dək fotoşəklin müəllifi olan fransız fotoqrafı Fredrik Laşop həmin əsərləri Parisdə təşkil etdiyi “Uzunömürlülər diyarına səyahət” sərgisində nümayiş etdirib. Muzeydə planetin ən uzunömürlü sakini adını qazanmış Şirəli Müslümova, Mahmud Eyvazova və Məcid Ağayevə aid ayrıca guşələr yaradılıb.
Direktor deyir ki, muzey böyük turizm potensialına malik Lerikə əlavə səyahət həvəskarlarının gəlməsinə səbəb olacaq.

Dilarə xabım deyir ki, Uzunömürlülər muzeyinə Azərbaycanda və xaricdə maraq çox böyükdür. “Xaricdə müxtəlif adda maraqlı muzeylər var. Məsələn, hansısa ölkədə “Tabutlar” adlı muzey haqqında eşitmişdim. Bizim muzey insanları həyata, uzun ömür surməyə, xoş yaşayışa çağırır. Ona görə də bu muzeyin təbliğ olunması daha çox lazımdır”.

Lerik rayonunun kəndlərdə ömür sürmüş yaşı 1 əsri adlamış insanların sayı Azərbaycanın digər bölgələri ilə müqayisədə həmişə çox olub. Planetimizin ən yaşlı sakini - 168 il yaşamış Şirəli Müslümov Lerikin  Barzavu kəndindəndir. Bu, Lerikin ən yüksək dağ kəndlərindən biridir. Onun atası 110, anası 90 il ömür sürüb. Maraqlıdır ki, Şirəli Müslümov 136 yaşı olanda 57 yaşlı bir qadınla evlənib və onların bir qızı dünyaya gəlib.

Dilarə Fətullayeva deyir ki, keçmiş Sovetlər dövründə uzunömürlü insanlarının özlərinin şəxsi həkimləri var idi. Məsələn, 150 yaşlı Mahmud Eyvazovun şəxsi həkimi olub. Balağa adlı həmin həkim Mahmud kişini uzun müddət tədqiq etdikdən sonra uzunömürlülüyə aid “Hər kəs 100 il yaşamasa” adlı bir kitab da yazıb. Həmin kitabda uzun ömür yaşamağın sirlərindən bəhs olunub.

Lerikdə ən uzunömürlü qadın 134 yaşlı Cəngəmiran kənd sakini Qızıl Quliyeva olub.
Uzunömürlülər muzeyinin direktoru D.Fətullayeva deyir ki, yuxarıda adları çəkilən uzunömürlü azərbaycanlıların adları “Ginnesin rekordlar kitabı”na da düşüb.

Uzunömürlülər müzeyində hazırda həyatda olan 1898-ci ildə doğulmuş Məhbubə Fətullayevanın indi 112 yaşı var. Onun haqqında materiallar, ona məxsus olan şəkillər muzeydə saxlanılır. Yaşı 100-u ötmüş Bonkəndil kənd sakini Gülsaray nənə, Mulalan kənd sakini Ağabəyim nənə, Blaband kənd sakini Nəni nənə barədə də məlumatlar muzeydə mühafizə olunmaqdadır.

”Uzunömürlülüyün bir çox sirləri var. Burada irsiyyətin rolu daha böyükdür. Blaband kəndində yaşayan Heydərovlar ailəsi uzunömürlü nəsildir” deyən D.Fətullayevanın sözlərinə görə, muzeyə gələn xarici qonaqlar ona uzunömürlüyün sirləri ilə bağlı çoxlu suallar verirlər.

“Uzun ömür yaşamağın səbəbini soruşurlar. Biz də onlara cavabımızı bildiririk ki, Lerikdə uzun ömür sürməyin başlıca səbəbi rayonumuzun çox gözəl təbiətə, dağ havasına, təmiz suya  malik olmasıdır. Yaşlı insanlar çay içməyə yox, daha çox su içməyə meyllidirlər. Digər bir səbəb isə insanın daimi hərəkətdə olmasındaddır. Uzun ömür sürmüş bütün adamlar daim səhərdən axşama qədər hərəkətdə olublar. Uzunömürlü insanlar ölümə yaxın 1 həftə yorğan-döşəkdə yatıblar. Onlar ölənədək hərəkətdə olmağı, gəzməyi xoşlayıblar”.

Dilarə xanım deyir ki, insanın qəbul etdiyi qidanın da uzunömürlüyüə təsiri çox böyükdür. Dağ adamları əsasən təmiz qida məhsullarına üstünlük verirlər. Məsələn, nehrə yağı, şor, pendir, qatıq, göyərti, təzə meyvə onların gündəlik rasionunda üstünlük təşkil edib. Lerik rayonunun florası çox zəngindir, müalicəvi dərman bitkiləri çoxluq təşkil edir. İnsanlar daim bu bitkilərdən istifadə edirlər.

D.Fətullayeva bildirib ki, Uzunömürlülər müzeyində təkcə yaşlı insanların şəkilləri asılmır, burada onlara məxsus olan etnoqrafik materiallar, yaşadıqları dövrə aid tarixi əşyalar, həm də üzunömürlü insanların kənd təsərüfatında işlətdiyi alətlər, şəxsi əşyaları, əl işləri saxlanılır.

”Müzeyimizdə planetimizin ən yaşlı sakini- 168 yaşlı Şirəli Müslümova məxsus papaq, ona xaricdən göndərilən məktublar qorunub saxlanılır. Mahmud Eyvazovun 150 yaşı olanda at belində gəzib. Alimlərin fikrincə, atın insanların sağlamlığına, xüsüsilə kişilərin sağlamlığına çox böyük müsbət təsiri var.
145 yaşlı Məcid Ağayevə dünyanın bir çox ölkələrindən, o cümlədən Almaniyadan məktublar göndərilib”.  

D. Fətullayeva bildirir ki, muzeyə gələn xarici qonaqlara uzunömürlülüyün sübutu kimi yaşlı insanların kimlik sənədləri-pasportlar göstərilir.

Direktorun sözlərinə görə, Uzunömürlülər müzeyinə  iki cür giriş var. Güzəştli giriş 20 qəpik, güzəştsiz giriş isə 40 qəpikdir. Məktəblilər müzeyə pulsuz buraxılır. Xarici vətəndaşlar muzeyə güzəştsiz 1 manata,  güzəştlə 50 qəpik ödədikdən sonra buraxılırlar.

 

 

 

Direktor Dilarə Fətullayeva: "Özbəklər bunu Şirəli babanın 150 yaşı olanda hədiyyə gətirmişdilər".

 

Muzeyin daxili görünüşü.

 

Lerikdə məşhur sınıqçı kimi tanınan Mirzəhüseyn baba 114 yaşında dünyasını dəyişib.

 

130 ildən çox yaşayan Süri nənə də Lerikin ən uzunömürlü qadınlarından olub.

 

O da 1 əsrdən çox yaşayıb...

 

134 yaşlı Kişi Bəndiyev deyir ki, pişiklə təmasda olmaq da ömrü uzadır.. 

 

İki uzunömürlü. Dünyanın ən yaşlı sakini - 168 yaşlı Şirəli Müslümov (solda).

 

Bulaq suyu, dağ havası onu hələ də yaşadır...

 

Lerikin uzunömürlüləri ölüm gününədək dağda-daşda gəziblər, oturmayıblar.

 

Hər kəs 100 il yaşamasa, günah onun özündədir..

 

Şəkildəki 150 ildən çox yaşamış Mahmud Eyvazovdur.

 

Nəni Əhmədova hələ də yaşayır, 110 ildən çoxdur ömür sürür...

 

Çoxuşaqlı və uzunömürlü lerikli ana.

 

100 ildən çox birgə ömür sürən ər-arvad.

 

Muzeydə dərman bitkilərindən nümunələr.

 

Uzunömürlülüyə görə rekord qıran Mahmud Eyvazov...

Məhbubə nənə 114 yaşında olmasına baxmayaraq, çorab da toxuya bilir.

 

Muzey eksponatları: Nehrə və küpələr.

 

Uzunömürlü və çoxuşaqlı ailə...

 

Eksponatlar... Xurcun, səhənglər, ortada isə qədimdə ağrıyan dişin çəkilməsi üçün dəlləklərin istifadə etdiyi kəlbətin.

 

Uzunömürlülər kimliklərini göstərməklə yaşlarını sübut edirlər.


Mail Ağaxanov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53 ABŞ İran tankerini qəbul edən limanları sanksiyalarla hədələdi 24 Avqust 2019, 15:39 Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB 24 Avqust 2019, 15:27 İranda iqtisadi vəziyyət pisləşməkdə davam edir 24 Avqust 2019, 14:56 Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - Fotolar 24 Avqust 2019, 14:49 Bakıda narkobaronlara qarşı əməliyyat: "Bibixanım" saxlanıldı - FOTOLAR 24 Avqust 2019, 14:21 Goranboyda növbəti ümumrayon aksiyası keçirildi 24 Avqust 2019, 14:05 Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi 24 Avqust 2019, 13:51 Bazar gününə Bakıda 35 dərəcə isti olacaq 24 Avqust 2019, 13:38 Bakıda 30 yaşlı qadın qohumunun evindən itkin düşüb 24 Avqust 2019, 13:26 Abel Məhərrəmovun kürəkəni vəfat etdi 24 Avqust 2019, 13:10 Türkiyədə Nəsiminin 650 illiyinə həsr olunmuş sikkə buraxılıb 24 Avqust 2019, 13:03 Bu il 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib 24 Avqust 2019, 12:53 Hitler Almaniyası SSRİ-yə qalib gəlsəydi, Azərbaycanı nə gözləyirdi? - Tarixçilərdən CAVAB 24 Avqust 2019, 12:48 Türkiyənin İraqda başladığı əməliyyatın 4 hədəfi – Politoloq ŞƏRHİ 24 Avqust 2019, 12:34 Heydər Əliyev Mərkəzinin parkında konsert keçiriləcək 24 Avqust 2019, 12:31 AQTA Maarifləndirir: Ədviyyatların insan sağlamlığı üçün xeyri və ziyanları 24 Avqust 2019, 12:15 Düşmən tapdağı altındakı Xocalının SON GÖRÜNTÜSÜ 24 Avqust 2019, 12:12 Rusiyada yol qəzasında 3 Ermənisan vətəndaşı öldü 24 Avqust 2019, 12:04 Vilayət Eyvazovdan yeni TƏYİNATLAR 24 Avqust 2019, 11:52