Modern.az

Masallıdakı akisya ilə bağlı yeni xəbər var

Masallıdakı akisya ilə bağlı yeni xəbər var

Aktual

21 Dekabr 2011, 15:51

Son günlər mətbuatda Masallıda bir qrup şəxsin aclıq aksiyasına başladığı barədə məlumatlar yer alıb. Hətta aksiyanın kütləvi hal aldığını və 100 nəfərin aclığa qoşulduğu barədə də informasiyalar yayılıb. Bununla bağlı Masallıdan ilginc məlumat daxil olub. Məlumatda bildirilir ki, əslində aksiyada cəmi bir neçə nəfər iştirak edir ki, onlar da təşkilatçı Məmmədağa Eynullayevin evində yerləşiblər. Mənbə bildirib ki, M.Eynullayev hazırda Daşkəsənin icra başçısı olan Əhəd Abıyevin yaxın adamıdır.

O, iki il əvvələ qədər icra hakimiyyətində hüquq şöbəsinin müdiri işləyib. Uzun müddət AXC-nin Masallı təşkilatının sədri olub. İcra Hakimiyyətində vəzifə verildikdən sonra AXC-dən çıxıb. Onu işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırıblar. İşdən çıxarılana qədər isə icra başçısının xeyrinə tərifli sözlər deyib. Hətta Masallıdan olan iş adamının bələdiyyə seçkilərində iştirakı zamanı baş verən anlaşılmazlıq haqda ən çox M.Eynullayev danışıb və yeni təyin olunan icra başçısı Qəzənfər Ağayevi tərifləyib. Bundan sonrakı dövrdə də daim icra başçısını müdafiə edib. İşdən çıxarılandan sonra isə mövqeyini növbəti dəfə dəyişib. Verilən məlumata görə, o, İH-da hüquq şöbəsində saxta diplomla çalışıb. Az qala 45 yaşında Təfəkkür Universitetinin diplomuna sahib olub.

Onu da qeyd edək ki, bu, M.Eynullayevin ilk belə cəhdi deyil. Masallıda hesab edirlər ki, o, Əhəd Abıyevin göstərişi ilə belə addımlar atır. Bildirilir ki, Ə.Abiyev tərəfdarlarına Masallıya icra başçısı gələcəyi haqda məlumat verib. M.Eynullayevə isə söz verib ki, onu müavin vəzifəsinə gətirəcək.  

Mənbə bildirib ki, Masallıdakı aksiyanın Nərimanabaddakı hadisə ilə üst-üstə düşməsi də təsadüfi deyil. Belə ki, Nərimanabaddakı hadisələrdən sonra Ə.Abıyev tərəfdarlarına göstəriş verib ki, Masallıda da vəziyyəti gərginləşdirməyə cəhd göstərsinlər. Bununla guya, cənub bölgəsində gərginlik fonu yaratmaq istəyirlər.

Masallıları təəccübləndirən başqa bir məqam da var. Vətəndaşlar deyir ki, mətbuat 3 nəfərin aclıq aksiyasını şişirdir, amma Ə.Abiyevin yaxın qohumu olan (yeznəsi) DSMF-nin Masallı şöbəsinin sədri Ülvi Nemətovun böyük maliyyə fırıldaqlarına görə axtarışda olduğunu heç işıqlandırmır.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı