Bakı Metropoliteninin “Məşədi Əzizbəyov” stansiyasında yenidənqurma işləri sona çatddırılır. Modern.az saytının məlumatına görə, yaxın vaxtlarda adı dəyişdirlib “Koroğlu” edilən bu stansiyanın açılışı olacaq. "Koroğlu" stansiyası "İçərişəhər"dən sonra Bakı Metropoliteninin şüşə konstruksiyalı ikinci stansıyası olacaq.
Qeyd edək ki, sözügedən stansiyanın yerləşdiyi Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində aparılan abadlıq işləri çərçivəsində burada xeyli yenilik edilib. Belə ki, metrostansiya ilə üzbəüz ərazidə park salınıb, parkın ortasında təpə ucaldılıb, təpədə isə qüllə quraşdırılıb. Dubaydakı məşhur qüllənin oxşarı olan bu qurğunun fırlanan işıqları gecələr “Koroğlu” stansiyasının ətrafını çıraqban edəcək.
Stansiya istifadəyə verilən zaman "Dubay qülləsi"nin də açılışı olacaq.





Modern.az