Modern.az

Eynulla Fətullayev Şahvələd Çobanoğluna: “Hər kəs öz yolunu müəyyənləşdirir”

Eynulla Fətullayev Şahvələd Çobanoğluna: “Hər kəs öz yolunu müəyyənləşdirir”

Aktual

22 Dekabr 2011, 13:00

Jurnalist Şahvələd Çobanoğlu “Dünyəvilik sualları” adlı yazısında həmkarı, yaxın dostu Eynulla Fətullayevi artıq müdafiə etmədiyini yazıb.  “Mən artıq Eynulla Fətulayevi müdafiə etmirəm. Üstəlik onunla bağlı mənə gələn tənəli məktublara dözməli oluram. Onu müdafiə etsəm haqlı olmaram”-deyə Ş.Çobanoğlu bildirib. 

Ş.Çobanoğlunun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirən Eynulla Fətullayev Modern.az saytına açıqlamasında deyib ki, onun qarşı tərəfin dediklərinə münasibəti normaldır. 

Ölkədə fikir azadlığının olduğunu deyən E.Fətullayevin sözlərinə görə, hər kəs müstəqil olaraq istər siyasətdə, istərsə də digər məsələlərdə öz yolunu müəyyənləşdirir.
“Mənim bu fikirlərə münasibət bildirməyim yersizdir. Ölkədə pülüralizm, fikir azadlığı var. Hər kəs bu və ya digər məsələdə, eləcə də istənilən şəxs haqqında fikir bildirə bilər. Ona görə də mənim bu fikirlərə münasibətim normaldır”-deyə E.Fətullayev qeyd edib. 

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı