Fransanın xarici işlər naziri Alain Juppe parlamentlərində 1915 olaylarıyla bağlı erməni iddialarının inkarını suç sayan qanun layihəsinin qəbul edilməsindən sonra Türkiyənin buna təpki göstərməməsinin gərəkliyini bildirib.
Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, Alain Juppe rəsmi Ankaranın açıqlanan rəyindən sonra jurnalistlərə vermiş olduğu açıqlamada “Diləyim türk dostlarımızın Fransa Məclisinin bu qərarına belə təpki göstərməmələridir" deyib.
Nazir rəsmi Ankaranın bundan sonra da Fransa ilə bağlı yeni qərarlar verəcəyi mesajına cavab olaraq deyib ki, bunları görüb dəyərləndirəcəklər. O, məsələnin mümkün qədər irəli getməməsini arzu etdiyini dilə gətirib.
Türkiyənin Parisdəki səfirliynini Ankaraya çağırılmasına rəğmən isə nazir deyib ki, Fransa və Türkiyə arasındakı ilişkilər və birlikdə görüləcək çox şeylər var. Nazir Türkiyəin bu ilk təpkisindən dolayı üzgün olduğunu ifadə edib.
Modern.az