Modern.az

Azərbaycanın nazir müavini Amerikada ATƏT həmsədrlərini "topa tutub"

Azərbaycanın nazir müavini Amerikada ATƏT həmsədrlərini "topa tutub"

Aktual

23 Dekabr 2011, 10:30


Vaşinqtonda Atlantik Şurada çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ölkəmizin Qarabağ strategiyasını təkidlə müdafiə edib. Modern.az BBC-yə istinadən xəbər verir ki, Araz Əzimov  Birləşmiş Ştatların Bakıdakı sabiq elçilərinin suallarını cavablandırarkən “Dəyişikliyə gərək yoxdur” deyib.
Tədbirin moderatoru sabiq səfir Ross Uilson 20 ilə yaxındır ki, sınaqdan keçirilən barışıq cəhdlərinin nəticə verməməsindən təəssüfünü bildirib və sual edib ki, Bakı strateji dəyişiyi nəzərdən keçirirmi?

Digər keçmiş səfirlərdən Riçard Kozlariç isə regional barışıq mühitini “yumşaltmaq” naminə Azərbaycannın Türkiyə-Ermənistan yaxınlaşmasını dəstəkləməsinin mümkünlüyü ilə maraqlanıb.

Səslənən daha bir sual isə Minsk Qrupu formatını dəyişmək, İran və digər ölkələrin prosesə cəlbi ehtimalı olub.

Araz Əzimov isə bildirib ki, problem nə strategiyadadır, nə də danışıqların formatında. Onun sözlərinə görə, Azərbaycan tərəfi Minsk Qrupu formatına alternativ görmür, danışıqların baza prinsiplərinə də sadiqdir.

“Amma Ermənistan tərəfi barışıq istəmir və Qarabağda icmaların birgə yaşayışının əleyhinədir. Bundan əlavə onlar Laçın və Kəlbəcərə nəzarəti heç cürə əldən vermək istəmirlər”-deyə Azərbaycan rəsmisi vurğulayıb.

Türkiyə ilə Ermənisan araında dialoqlar A.Əzimovun fikrincə, hələ özünü doğrultmayıb, yəni rəsmi Bakınını müşahidələrinə görə, rəsmi İrəvan özünü səmimi aparmır.

“Belə görünür, Türkiyə oyunu dəyişməli olacaq” deyən A.Əzimov Fransa Senatında 1915-ci il hadisələri ilə əlaqədar qəbul edilmiş son qərara işarə edib..

İranın Qarabağ dialoquna vasitəçilik imkanlarını da Azərbaycan rəsmisi şübhə altına alıb. O, bildidb ki, hələ məlum deyil Qərb Tehranla eyni masa arxasına oturarmı?

“Bundan əlavə, bizdə belə təəssürat var ki, İran Ermənistanla daha fəal əməkdaşlıq edir”-deyə A.Əzimov qeyd edib.

Azərbaycan xarici işlər nazirinin müavini onu da bildirib ki, rəsmi Bakının Minsk Qrupuna etimadı  heç də həmişə vasitəçilərin işindən məmnunluq əlaməti deyil. A.Əzimov çıxışında fransalı həmsədr Bernar Fasyeni hədəfə alıb.

“Biz başa düşürük ki, cənab Fasye Minsk Qrupunda fəaliyyəti başa çatdığı üçün şaddır və həvəslə sağa-sola açıqlamalar verir. Ancaq onun İrəvanda səsləndirdiyi son bəyanatlar və işarə etdiyi Madrid prinsipləri Bakıda bizə dediklərindən tamamilə fərqlidir. Bununla o, özündən sonra danışıqları prosesinə nə qoyub gedir?”-deyə Azərbaycan rəsmisi sual edib.

Cəbhə xəttində vəziyyətdən bəhs edərkən A.Əzimov “Misnk dördlüyü”nün digər bir üzvü - ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki də tənqid edib. Onun təbirincə, dəfələrlə bölgədə olarkən ölüm təhlükəsi ilə üz-üzə qalan diplomat gördüklərini hesabatlarında qeyd etməyib.

A.Əzimov ABŞ diplomatiyası ilə bağlı gələcək narahatlıqlaını da dilə gətirib.
Onun fikrincə, Metyu Bryzanın Azəbaycana səfir vəzifəsinə təyinatının Senatda iflasa uğraması Birləşmiş Ştatları xaricdə təmsil edən diplomatlar üçün mənfi mesaj olacaq.

“ABŞ diplomatları getdikləri ölkələrdə kimin siyasətini həyata keçirməli olduqları barədə tərəddüd edə bilərlər: ABŞ prezidentinin, bir-iki senatorun, yoxsa, lobbiçilərin?”.

Vaşinqtonda Dövlət Departamenti və Pentaqon rəsmiləri ilə müxtəlif səviyyəli görüşlər keçirmiş A.Əzimov ABŞ-Azərbaycan münasibətlərini məhsuldar adlandırıb. Onun təbirincə, enerji və regional təhlükəsizlik, dinlərarası anlaşma və Avroatlantik dəyərlərə inteqrasiya kimi strateji məqsədlərdə Bakı ilə Vaşinqton eyni maraqları bölüşürlər.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı