Modern.az

Telekanallarında xarici seriallara qadağa qoyulur

Telekanallarında xarici seriallara qadağa qoyulur

Aktual

23 Dekabr 2011, 14:07

2012-ci il may ayının 1-dən xarici serialların Azərbycan teleməkanında yayımı dayandırılacaq. Bu qərar Milli Televiziya və Radio Şurasının (MTRŞ) ötən gün keçirilən iclasında qəbul edilib. Bu barədə Milli Televiziya və Radio Şurasınınsədri Nuşirəvan Məhərrəmli bildirib. Qərarın qəbul edilməsində məqsəd gənc nəslin milli şüurunu yaxşı istiqamətə yönləndirməkdir.

N.Məhərrəmli deyib ki, Azərbaycanın gənc nəsli xarici seriallar ruhunda tərbiyə olunmamalıdır. Onun sözlərinə görə, indi Azərbaycanda insanlar müxtəlif vasitələrlə istədikləri dildə xarici seriallara baxa bilər. Bu halda yerli telekanallarda da həmin serialların yayımıa ehtiyac yoxdur.

MTRŞ sədri milli serialların çəkilməsi üçün artıq telekanallara maddi yardım verildiyini və kanalların bu istiqamətdə işlərə başladığını deyib.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı