Modern.az

Ərdoğan Sarkoziyə təpindi: “Gedib atandan soruş... Avropadakı soyqırımından qaçan baban Osmanlıya sığınmışdı”

Ərdoğan Sarkoziyə təpindi: “Gedib atandan soruş... Avropadakı soyqırımından qaçan baban Osmanlıya sığınmışdı”

Aktual

23 Dekabr 2011, 14:48


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İşlam Əməkdaşlıq Təşkilatının Parlament birliyi ilə birgə İstanbulda təşkil olunan “Müsəlman cəmiyyətlərində irəliləyiş və qadının rolu” konfransında Fransanın dünən qəbul etdiyi “erməni soyqırımı”nı inkar edələrin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı sənəd barədə bəzi fikirlər səsləndirib. Modern.az saytının “Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, Ərdoğan bildirib ki, Fransa prezidenti Sarkozi bu addımı ilə qarşıdakı seçkiləri qazanmaq niyyətinə düşüb.    

“Əlcəzairdə 1945-ci ildə əhalinin 15%-i amansızcasına şəhid edilib. Əlcəzairlilər kütləvi şəkildə tonqallarda yandırılıb, qətlə yetirilib. Farnsa prezidenti bu soyqırımı bilmirsə, gedib atasından soruşsun. Əminəm ki, atasının oğluna deyəcək cox sözü vardır” deyən Ərdoğan bildirib ki, Sarkozinin Avropadakı soyqırımından qacan babası Osmanlıya sığınıb.

Baş nazir deyib ki, Fransa prezidenti Türkiyə tarixində soyqırımı tapa bilməz. “Tariximizə baxarsa öz ailəsinə Türkiyənin və türklərin köməyindən başqa heç bir şey görə bilməz”. 

Ərdoğan eyni zamanda, 24 fevral 1525-ci il tarixində Şimali İtaliyada məğlub olan Fransa kralı Fransuanın kömək istəyinə Osmanlı padşahı Qanuni Sultan Süleymanın göndərdiyi məşhur məktuba diqqət çəkib.

“O məktubda bildilib: “Mən sultanlar sultanı, xaqanlar xaqanı, hökmdarlara tac verən, Allahın Yer üzündəki kölgəsi, Ağ dənizin və Qara dənizin, Rum elinin, Anadolunun, Azərbaycanın, Şamın, Misirin, Məkkə və Mədəninin, Qüdsün və bütün ərəb diyarının, Yəmənin və neçə məmləkətlərin sultanı və padşahı Sultan Bəyazid xan oğlu Sultan Səlim xanın oğlu Sultan Süleyman xanam.
Sən isə Fransa vilayətinin kralı Fransuasan. Hökmdarların sığındığı qapıma məktubla elçi göndərib, ölkənizin düşmənin işğal etdiyini, hazırda həbsdə olduğunuzu bildirib, əsarətdən azad olmaq üçün bizdən köğmək istəyirsiniz.

Söylədiyiniz hər şer dünyanı idarə edən taxtımızın ayaqlarına ərz olunmuşdur. Hər şeydən xəbərdar oldum. Məğub olmaq və zəbt edilmək heyran olacaq bir şey deyil. Qəlbinizi xoş tutub kədərlənməyin...
Belə bir vəziyyətdə atalarımız düşmənləri məğlub etmək və ölkələri fəth etmək üçün səfərdən geri qalmayıb. Biz də atalarımızın yolundayıq və daim məmləkətlər və alınmaz qalalar fəth edirik. Uca Allah xeyirlərə nəsib etdin. Allahın istədiyi nə isə, o olur...
Səlimin oğlu Süleyman!””.

Ərdoğan qeyd edib ki,  Fransa prezidenti seçkilərdə udmaq hirsində olduğu üçün görməli olduqlarını görə bilmir. Türkiyə hökümətinin Fransanın bu addımına qarşı tədbirlər aldığını deyən baş nazir bildirib ki, Fransa belə davam etdikcə, Türkiyə də öz qərarlarını tətbiq edəcək. “Ürəyiniz varsa, parlamentə bütün üzvlərlə girin və səs verin”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı