Dekabrın 24-də Mockvadakı akademik Saxarov prospektində 4 dekabr parlament seçkilərinin nəticələrindən narazı qalan kütlənin etiraz aksiyası keçirilib. Aksiyada müxalifət liderləri Vladimir Rıjkov, Boris Nemtsov və digərləri çıxış ediblər.
Modern.az xəbər verir ki, Moskva şəhər polis idarəsinin məlumatına görə, aksiyada 30 minədək adam iştirak edib. Amma mitinq təşkilatçıları Saxarov prospektində keçirilmiş etiraz aksiyasında 100 minədək adamın iştirak etdiyini bildiriblər.
Mitinqin sonunda qətnamə qəbul edilib.
Qətnamənin maddələri əsasən dekabrın 10-da Moskvanın Bolotnı meydanında keçirilmiş mitinqə qəbul olunan eyni sənədin maddələrini təkrar edir. Bununla yanaşı 4 dekabr seçkilərində baş vermiş pozuntuların araşdırılması üçün seçicilər komitəsinin yaradılması və “2012 il martın 4-də prezident seçkilərində Vladimir Putinə 1 dənə də olsun səs verməmək çağırışı” da ayrıca maddə kimi qətnaməyə əlavə olunub.
Mitinq Moskva meriyasının icazəsilə keçirilib.




Modern.az