Modern.az saytı xəbər verir ki, bu gün 22 yaşını “Qızıl tac” restoranında qeyd edən “Azadlıq” qəzeti yubiley gününü sonadək keçirə bilməyib. Buna səbəb restoran rəhbərliyi tərəfindən işıqların söndürülməsi olub.
Siyasi və mülki hüquqları mudafiə mərkəzinin rəhbəri Pərviz Həşimli bildirib ki, məsələ ilə bağlı Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla əlaqə saxlayıb:
“Vəziyyət barədə Əli Həsənova məlumat verdim. Tədbirin davam etməsinə kömək göstərməsini xahiş etdim. Cavabında bildirdi ki, burada siyasi məsələnin olmasına inanmır, bu, texniki məsələdir. Ancaq şadlıq evinin rəhbərliyinin "buranı tərk edin" tələbini Həsənova çatdıranda o, baş verənlərdən təəssufünü ifadə etdi. Bildirdi ki, onun adından sahibkardan xahiş edim ki, tədbirin davam etməsinə şərait yaratsın. Ancaq saray rəhbərliyi buna da əməl etmədi”.


Modern.az