Modern.az

Prezidentin 50 yaşını Qarabağda keçirməsini necə qiymətləndirirsiniz? - DEPUTATLARIN CAVABI

Prezidentin 50 yaşını  Qarabağda keçirməsini necə qiymətləndirirsiniz? - DEPUTATLARIN CAVABI

Aktual

26 Dekabr 2011, 17:23

Bu il dekabrın 24-də Prezident İlham Əliyev 50 yaşını Qarabağda keçirdi. Bunu erməni tərəfinə mesaj kimi də qəbul edənlər var.

Deputat Elman Məmmədov bildirib ki, o, Prezidentin 50 yaşını Qarabağda keçirməsini müsbət qiymətləndirir: “Prezidentin atdığı bu addım bir daha sübut etdi ki, hər zaman məcburi köçkünlərin və qaçqınların qayğısına qalır, onlara diqqət göstərir, həyatının ən əziz günlərindən birini xanımı ilə birlikdə məcburi köçkünlərin yanında keçirir. Həm də bir daha göstərdi ki, onun üçün Qarabağdan önəmli məsələ yoxdur”.

Deputat deyib ki, Qarabağ probleminin həllinin vaxti çoxdan çatıb: “Bunu Prezident hər zaman çıxışlarında qeyd edib. Bu gün dünya siyasətində, beynəlxalq aləmdə baş verən proseslərdə böyük güc sahibi olan dövlətlərin əqidəsi düzgün olsa,  tezliklə məsələ həll oluna bilər. Güc sahibi olan dövlətlər haqqı, ədaləti düzgün ortaya qoysalar, eləcə də Sarkozi və onun kimiləri olmasa,  məsələ tezliklə öz həllini tapar. Allah Sarkozinin də payını verəcək və ona da başa salacaq ki, səhv yoldadır. Bunu Minsk qrupunun fransalı sabiq həmsədri Fasye də sonda etiraf etdi ki, bütün bu danışıqları pozan, məsələnin həllinə mane olan Ermənistanın tutduğu qeyri-müəyyən, destruktiv mövqedir”.

Millət vəkili Tahir Rzayev də Prezidentin ad günündə Qarabağa səfər etməsini yüksək qiymətləndirib: “Bu Prezidentin özü üçün çox böyük baş ucalığıdır, insanlara onun qayğısıdır, hörmətidir, onlara olan  sevgisidir. Əlli il çox gözəl yaşdı Prezident üçün. Ancaq öz yübleyini, yaşını qaçqınların arasında keçirtmək, onlarla yerdə olmaq, bu, Prezidentin qaçqınlara olan hörmət və ehtiramını bir daha ifadə edir. Biz görmüşük bir çox dövlət rəhbərləri öz yübileylərini çox təmtəraqla qeyd edirlər, xaricdən qonaqlar dəvət edirlər. Amma bizim Prezidentimiz bunların heç birini etmədi. Çünki İlham Əliyev dəfələrlə deyib ki, bizim  şad günümüz Qarabağda olmalıdır. İşğal altında olan torpaqlarımızı alarkən biz özümüzün ən böyük yübleylərimizi, bayramlarımızı qeyd etməliyik. Bununla ölkə başçısı öz ənənəsinə və dediyi sözünə sadiq qaldı. Azərbaycan xalqı və bütün dünya gördü Prezident öz yubley günündə Qarabağda, Ağcəbədi rayonunda oldu və orada məskünlaşan Laçın rayonundan olan məcbüri köçkünlərlə görüşdü, onların dərdinə şərik oldu, insanlarla çay süfrəsi arxasında oturub öz yübleyini qeyd etdi”.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı