“Azərbaycan cəmiyyətində dialoq mühiti var və cəmiyyətdə vətəndaş həmrəyliyi bərqərar olunub”. Modern.az saytına açıqlamasında bu fikirləri Yeni Azərbaycan Pariyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Vahid Əhmədovun Milli Məclisin iclasında iqtidar və müxalifətin bir araya gəlməsilə bağlı səsləndirdiyi fikrləri şərh edərkən deyib.
M.Qurbanlı bildirib ki, Azətbaycan cəmiyyəti dialoq mühitində fəaliyyət göstərir: “Bütün siyasi qurumlar arasında normal münasibətlər mövcuddur. Eyni zamanda parlamentdə təmsil olunan partiyalar arasında da eyni əlaqələr var. Parlamentdə təmsil olanan müxtəlif partiyalarla bir yerdə fəaliyyət göstəririk, müxtəlif tədbirlərdə iştirak edirik. Müxalifətin radikal qanadı mövcuddur. Həmin radikal qanad bütövlükdə cəmiyyətin çox az bir kəsiminə sahibdir. Bəlkə də say tərkibinə görə, Azərbaycan cəmiyyətində onlar çox az faizdə müdaxilə edər. Bötövlükdə müxalifətin bir faizi radikal yönümdə ola bilər”.
Deputat qeyd edib ki, onlar özləri yığılıb, özləri bu və digər məsələrlə bağlı müzakirələr aparır: “Bunu isə nəzarətlərində olan mətbuatda cap etməklə belə bir imitasiya yaradıblar ki, guya hansısa gücə malikdirlər. Xalqın böyük əksəriyyəti İlham Əliyevi və onun apardığı siyasəti dəstəklyir. Azərbaycan höküməti isə siyasi harmoniya şəraitində fəaliyyət göstərir”.
Qeyd edək ki, Vahid Əhmədov “Bütün Azərbaycan ziyalılarına və təşkilatlarına müraciət edirəm ki, birləşin, vahid mövqedən birlik nümayiş etdirin. Müxalifətə üzumu tutub deyirəm ki, hakimiyyətlə artıq dialoqun vaxtı yetişib. Hesab edirəm ki, iqtidarla müxalifət bir olmalıdı, artıq dialoqun vaxtı yetişib” –deyə qeyd etmişdi.
Onun bu çağırışına müxalifət tərəfindən müsbət reaksiya verilib.
Modern.az