Modern.az

Bakıda taxta emalı sexi yandı

Bakıda taxta emalı sexi yandı

Aktual

20 Dekabr 2020, 08:59

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə Rəsulzadə qəsəbəsində taxta emalı sexində yanğın olması barədə məlumat daxil olub. 

 

FHN-dən Modern.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. 

 

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.  

 

 

Yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!