Modern.az

Bakıda “Mercedes”, Sumqayıtda “Lada” YANDI

Bakıda “Mercedes”, Sumqayıtda “Lada” YANDI

Aktual

21 Dekabr 2020, 10:02

Sumqayıt və Bakıda minik avtomobilləri yanıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıtda "Lada" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlığı yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

 

Digər hadisə isə Bakıda qeydə alınıb. Belə ki, paytaxtın Xətai rayonunda "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. 

 

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!