Modern.az

Ötən il qəbul imtahanlarında yüksək ballılar ən çox I qrupda olub

Ötən il qəbul imtahanlarında yüksək ballılar ən çox I qrupda olub

Aktual

23 İyun 2021, 15:08

2020-ci ildə respublikanın ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 67 min 464 nəfər abituriyent iştirak edib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan “Abituriyent” jurnalının 12-ci buraxılışında qeyd edilib:

“Abituriyentlərdən 1739-u 600 və daha çox bal toplayıb. Yüksək ballılar respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edir. Yüksək nəticə göstərənlər I qrupda 612, II qrupda 216, III qrupda 555, IV qrupda 356 nəfərdir. DİM ali təhsilin ikinci səviyyəsi olan magistratura səviyyəsinə qəbul imtahanının məzmununun və qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi işlərini cari ildə də davam etdirib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV