Modern.az

Deputat ölkədə internetin zəif olmasından şikayətləndi

Deputat ölkədə internetin zəif olmasından şikayətləndi

Aktual

25 İyun 2021, 11:35

“Pandemiya internetdən istifadənin nə qədər zəruri olduğunu xatırlatdı”.


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında çıxış edən deputat Aqiyə Naxçıvanlı danışıb.

Deputat xatırladıb ki, pandemiyada əksər layihələr internet üzərindən baş tutdu:


“Bu məsələlər rabitə sahəsində problemləri də ortaya qoydu. İnternetin zəifliyi problemlər yarandı. Provayderlər günahı rabitə qovşaqlarına, onlar isə başqa qurumlara atırlar.

Oğuz və Qəbələnin elə kəndləri var ki, ucqar deyil, amma ATS belə yoxdur. Bu kəndlərdə internetin yoxluğundan danışmaq mümkün deyil. Rabitə problemlərinə, xüsusilə regionlarda mövcud çatışmazlıqlara diqqət yetirilməsini istəyərdik”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV