Modern.az

Müdafiə Nazirliyi: “Cəbhədə vəziyyət gərginləşib”

Müdafiə Nazirliyi: “Cəbhədə vəziyyət gərginləşib”

Aktual

6 Fevral 2013, 09:57

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, cəbhə xəttində vəziyyət gərgin olaraq qalır.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı, Şıxlar, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 
Düşmən cavab atəşi ilə susdurulub.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!