Modern.az

Mərhum jurnalist Elçin Səlcuqun oğluna vəzifə verildi

Mərhum jurnalist Elçin Səlcuqun oğluna vəzifə verildi

Aktual

6 Fevral 2013, 18:41

Mərhum jurnalist Elçin Səlcuqun oğlu Səlcuq Elçin sədr müavini təyin olunub. Bu barədə Modern.az-a S.Elçinin özü məlumat verib. O bildirib ki, Vətəndaş Həmrəyliyi Partiyasının Xətai Rayon təşkilatının sədrinin siyasi məsələlər üzrə müavini təyin edilib.
“VHP-nin Xətai rayon məclisi məni seçdi. Bu, partiyada gəncləşmə siyasətidir, partiya sədri gəncləşmə siyasətinə keçib”- deyə Səlcuq Elçin qeyd edib.
Qeyd edək ki, Səlcuq Elçin eyni zamanda “Qanun” Nəşrlər Evinin satış meneceridir.

Sevinc İltifatqızı
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...